54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki
komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə müvəqqəti
olaraq xitam verilməsi
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 10/59
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə görə namizədlərin, qeydə alınmış namizədlərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları (həyat yoldaşı və həyat yoldaşının yaxın qohumları, uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqda və bu hal seçki komissiyasının üzvünü təyin edən orqan tərəfindən təsdiq edildikdə, seçki komissiyası üzvünün səlahiyyətlərinə müvəqqəti xitam verilir və onu əvəzedici üzv əvəz edir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 oktyabr 2014-cü il tarixli 4/25 saylı qərarı ilə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Şabran bələdiyyəsi üzrə namizədliyini irəli sürmüş namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxt
arova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2014.- 22 noyabr.- S.10.