Prezident İlham
Əliyev Filippinin Azərbaycanda yeni
təyin
olunmuş səfirinin
etimadnaməsini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da
Filippin Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Maria Rovena Mendoza Sançezin etimadnaməsini qəbul edib.
Səfir
Maria Rovena Mendoza Sançez fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Maria
Rovena Mendoza Sançez etimadnaməsini Prezident İlham
Əliyevə təqdim etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Fövqəladə
və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançez
Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun
salamlarını dövlətimizin başçısına
çatdırdı. Ölkələrimiz arasındakı
dostluq əlaqələrindən danışan səfir xalqlarımızın
ümumi dəyərlərə malik olduğunu məmnunluqla
qeyd etdi.
Azərbaycan
ilə Filippin arasında ikitərəfli münasibətlərin
inkişafını yüksək dəyərləndirən
Prezident İlham Əliyev əlaqələrimizin müxtəlif
istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi,
humanitar və digər sahələrdə genişləndirilməsi
üçün yaxşı imkanların olduğunu dedi.
Dövlətimizin
başçısı Prezident III Beniqno Akinonun salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Filippinin dövlət
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2014.- 26 noyabr.- S.1.