Prezident İlham
Əliyev Tailandın Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da
Tailand Krallığının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Tharit Çarungvatın etimadnaməsini qəbul edib.
Səfir
Tharit Çarungvat fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Tharit
Çarungvat etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Azərbaycan ilə Tailand arasında dostluq
münasibətlərinin mövcud olduğunu vurğulayan
Prezident İlham Əliyev ikitərəfli əlaqələrin
bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar
olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində yaxşı əməkdaşlıq
etdiyini qeyd edən dövlətimizin başçısı
iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin
daha da genişləndirilməsi üçün də
böyük imkanların olduğunu vurğuladı.
Tailand
Krallığının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Azərbaycana səfərindən ötən dövr ərzində
ölkəmizdə gedən yüksək inkişaf proseslərinin
onda dərin təəssürat yaratdığını dedi və
əldə olunan uğurlar münasibətilə dövlətimizin
başçısını təbrik etdi. O, ölkələrimiz
arasında ticarət dövriyyəsinin yüksək səviyyədə
olduğunu məmnunluqla qeyd etdi.
Azərbaycan.-2014.- 27 noyabr.- S.1.