Prezident İlham
Əliyev Avstraliyanın Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-
da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Ceyms Martin Larsenin etimadnaməsini qəbul edib.
Səfir Ceyms Martin Larsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Ceyms Martin Larsen etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaxşı əlaqələrin mövcud
olduğunu vurğulayan
dövlətimizin başçısı
Avstraliyanın Baş
naziri ilə görüşünü və
ikitərəfli münasibətlərimizin
inkişafı ilə
bağlı apardıqları
müzakirələri məmnunluqla
xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında
əlaqələrin perspektivləri,
qarşılıqlı biznes
və investisiya imkanlarının öyrənilməsi
istiqamətində işlərin
aparılmasının vacibliyini
qeyd etdi.
Avstraliya
İttifaqının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Ceyms Martin
Larsen ölkəsinin Azərbaycan
ilə ikitərəfli
əlaqələri müxtəlif
istiqamətlərdə, o cümlədən
iqtisadi, təhsil və digər sahələrdə inkişaf
etdirməkdə maraqlı
olduğunu dedi. O, ikitərəfli münasibətlərimizin
genişləndirilməsi işində
səylərini əsirgəməyəcəyinə
əminliyini ifadə etdi.
Azərbaycan.-2014.-
27 noyabr.- S.2.