Prezident İlham
Əliyev Yeni Zelandiyanın Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-
da Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Conatan
Endryu Karrın etimadnaməsini qəbul edib.
Səfir
Conatan Endryu Karr fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Conatan
Endryu Karr etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Yeni
Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Conatan
Endryu Karr Azərbaycanda diplomatik fəaliyyətə
başlamasından məmnun olduğunu dedi.
Azərbaycan
ilə Yeni Zelandiya arasında çox yaxşı siyasi əlaqələrin
olduğunu deyən dövlətimizin başçısı
bu əlaqələrin iqtisadi sahədə də inkişaf
etdirilməsi üçün güclü
qarşılıqlı siyasi iradənin olduğunu
vurğulayaraq biznes, sərmayə qoyuluşu və digər
sahələrdə imkanların
araşdırılmasının zəruriliyini qeyd etdi.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 27 noyabr.- S.2.