Vahid Balami oğlu İlyasovun müvəqqəti
olaraq 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki
komissiyasının üzvü təyin
edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 10/60
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası 21 noyabr 2014-cü il tarixli 10/59 saylı qərarı ilə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində qeydə alınmış namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam vermişdir.
Qeyd edilənlərlə əlaqədar olaraq, 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasına müvəqqəti üzv seçilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
Vahid Balami oğlu İlyasov 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2014.- 22 noyabr.- S.10.