Aqil Raqil oğlu Məmmədovun müvəqqəti olaraq 89 saylı Göyçay-Ağdaş
seçki dairəsi dairə seçki komissiyasının üzvü
təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının qərarı
Qərar ¹ 11/70
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyası 25 noyabr
2014-cü il tarixli 11/69 saylı qərarı ilə 2014-cü
il dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində qeydə alınmış namizədlə
yaxın qohumluq əlaqəsi olduğundan, 89 saylı
Göyçay-Ağdaş seçki dairəsi dairə
seçki komissiyasının üzvü Elmira Abdulla
qızı Ələsgərovanın səlahiyyətlərinə
2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə
seçkilərinin yekunları elan olunanadək müvəqqəti
xitam vermişdir.
Qeyd edilənlərlə
əlaqədar olaraq, 2014-cü il dekabrın 23-də
keçiriləcək bələdiyyə seçkilərinin
yekunları elan olunanadək 89 saylı
Göyçay-Ağdaş seçki dairəsi dairə
seçki komissiyasına müvəqqəti üzv seçilməlidir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə
uyğun olaraq qərara alır:
Aqil
Raqil oğlu Məmmədov 2014-cü il dekabrın 23-də
keçiriləcək bələdiyyə seçkilərinin
yekunları elan olunanadək 89 saylı
Göyçay-Ağdaş seçki dairəsi dairə
seçki komissiyasının üzvü təyin edilsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2014.- 26 noyabr.- S.6.