Daxili işlər naziri
Sumqayıt şəhərində vətəndaşları qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil
Usubov noyabrın 29-da Sumqayıt şəhərində
növbəti qəbul keçirib.
Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, şəhər polis idarəsində
Sumqayıt, Abşeron, Qobustan sakinlərini, eyni zamanda,
Qubadlı və Zəngilan rayonlarından olan bir qrup məcburi
köçkünü qəbul edən nazir müraciətləri
dinləyib, onları narahat edən problemlərin qanunvericiliyə
uyğun və operativ şəkildə həlli
üçün konkret tapşırıqlar verib. Daxili işlər
orqanlarının fəaliyyəti ilə bağlı olan
müraciətlərin əksəriyyəti elə yerindəcə
öz həllini tapıb, digərlərinin aidiyyəti
qurumlara göndəriləcəyi diqqətə
çatdırılıb.
Bununla
yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən
verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə
polisin sıravi və kiçik rəis heyəti vəzifələrində
xidmət etmək arzusunda olan 133 nəfər də qəbulda
iştirak edib.
Daxili
işlər naziri onların arasından xidmətə
yararlı olan gənclərin, o cümlədən 2
qızın sənədlərinin hazırlanması
üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə
tapşırıq verib.
Azərbaycan.-2014.- 30 noyabr.- S.2.