Prezident İlham
Əliyev Maltanın Azərbaycanda yeni
təyin
olunmuş səfirinin
etimadnaməsini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də
Malta Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Con Debononun etimadnaməsini qəbul edib.
Səfir
Con Debono fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Con Debono etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin çox
yaxşı səviyyədə
olduğunu vurğuladı. Prezident İlham
Əliyev Malta Respublikasının
Baş naziri ilə görüşünü
və ikitərəfli
münasibətlərimizin inkişafına
dair məsələləri
müzakirə etdiklərini
məmnunluqla xatırladı.
Enerji sektorunda əməkdaşlığımızın
artıq mövcud olduğunu vurğulayan dövlətimizin başçısı
ikitərəfli münasibətlərimizin
digər sahələrdə
də genişləndirilməsinin
zəruriliyini qeyd etdi.
Səfir
Con Debono ölkəsinin
Azərbaycan ilə ikitərəfli əlaqələri
müxtəlif istiqamətlərdə
genişləndirməkdə maraqlı olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa
dair məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.-
28 noyabr.- S.1.