Azərbaycanın son on ildə əldə etdiyi
uğurlar inkişaf
dinamikasının qorunacağına
əminlik yaradır
Azərbaycanın
son on ildə əldə etdiyi uğurlar inkişaf
dinamikasının qorunacağına əminlik yaradır.
AzərTAc
xəbər verir ki, bu sözləri noyabrın 27-də Koreya
Respublikasının Baş naziri Çanq Honqvon Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ilə
görüşdə deyib.
Görüşdə
ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin
dinamik inkişaf etdiyi vurğulanıb. Bu əlaqələrin
dostluq münasibətlərinə söykəndiyi qeyd edilib.
Yaqub
Eyyubov bildirib ki, Azərbaycan dünyanın əksər
dövlətləri ilə əməkdaşlığa önəm
verir. Suveren ölkə kimi Azərbaycan öz müstəqil
siyasətini yürüdür.
Azərbaycanın
iqtisadi nailiyyətlərindən danışan Baş nazirinin
birinci müavini bildirib ki, ölkə iqtisadiyyatının
neft-qaz amilindən asılılığının aradan
qaldırılması istiqamətində mühüm işlər
görülür. Hazırda ölkəmizdə
iqtisadiyyatın qeyri-neft sektoru da sürətlə inkişaf
edir.
Azərbaycan
Respublikası ilə Koreya Respublikası arasında müxtəlif
sahələrdə əlaqələrin daha da inkişaf
etdirilməsinin vacibliyini vurğulayan Y.Eyyubov bunun
üçün yaxşı potensialın olduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycanda müxtəlif sahələrdə Koreya
şirkətləri çalışır. Onların səmərəli
fəaliyyəti üçün bütün lazımi şərait
yaradılıb.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə məlumat
verən Baş nazirin birinci müavini Azərbaycan
torpaqlarının 20 faizinin işğal olunduğunu, 1
milyondan çox azərbaycanlının qaçqın və
məcburi köçkünə çevrildiyini bildirib. Qeyd
edilib ki, işğal olunmuş ərazilərdən hazırda
terrorizm və banditizm məqsədləri üçün
istifadə olunur.
Koreya
Respublikasının Baş naziri Çanq Honqvon Azərbaycana
səfərinə böyük önəm verdiyini deyib. O,
ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin
olduğunu bildirib.
Azərbaycanda
sürətli inkişafın şahidi olduğunu deyən
Baş nazir bildirib ki, ölkə son on ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə sürətli,
dinamik iqtisadi inkişafa və möhkəm sabitliyə nail
olub. Əldə edilmiş iqtisadi uğurlar gələcəkdə
də inkişaf dinamikasının qorunmasına əminlik
yaradır.
Ölkələrimiz
arasında da münasibətlərin son illərdə sürətlə
inkişaf etdiyini deyən Çanq Honqvon bildirib ki, əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı imkanlar
var.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
müzakirə edilib.
Azərbaycan.-2014.- 28 noyabr.- S.2.