Azərbaycan Prezidenti İlham Əliyev Avropa
Komissiyasının
vitse-prezidentinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də
Avropa Komissiyasının enerji məsələləri üzrə
vitse-prezidenti Maroş Şevçoviçin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Avropa
Komissiyasının enerji məsələləri üzrə
vitse-prezidenti Maroş Şevçoviç Avropa
İttifaqı ilə Azərbaycan arasında əlaqələrin
xüsusi əhəmiyyət daşıdığını
vurğulayaraq, bu əlaqələrin daha da genişləndirilməsində
maraqlı olduğunu dedi. Ölkəmizlə enerji sahəsində
əməkdaşlığın önəmini qeyd edən
Maroş Şevçoviç “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı qəbul edilən
qərarın strateji əhəmiyyət
daşıdığını dedi.
Maroş
Şevçoviçi Avropa Komissiyasının enerji məsələləri
üzrə vitse-prezidenti vəzifəsinə təyin
olunması münasibətilə təbrik edən dövlətimizin
başçısı qısa müddət sonra onun Azərbaycana
səfər etməsini əlaqələrimizin yaxşı
göstəricisi kimi dəyərləndirdi. Enerji sektorunda əməkdaşlığın
uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham
Əliyev ölkəmizlə Avropa təsisatları arasında
əlaqələrin fəal və dinamik şəkildə
davam etməsindən məmnunluğunu bildirdi. Avropa
Komissiyasının və Avropa İttifaqı Şurası
prezidentlərinin Azərbaycana səfərlərinə toxunan
dövlətimizin başçısı əməkdaşlığımızın
genişləndirilməsində yüksək səviyyəli səfərlərin
önəmini qeyd etdi. Azərbaycan ilə Avropa İttifaqı
arasında artıq çərçivə Sazişinin və
enerji sahəsində strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumunun mövcud olduğunu deyən
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi ilə
bağlı çoxlu işlər
görüldüyünü vurğuladı. Bu layihəni əməkdaşlığın
yeni formatı kimi dəyərləndirən Prezident İlham
Əliyev onun vaxtında icra edilməsi üçün səmərəli
əlaqələndirmənin olmasının vacibliyini qeyd etdi.
Azərbaycan.-2014.- 29 noyabr.- S.1.