Prezident İlham Əliyev “Rossiya-24” informasiya

 telekanalına müsahibə verib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibə verib.

 

Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda multikulturalizm ənənələri, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırıb.

 

Azərbaycan.-2014.- 29 noyabr.- S.1.