Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv ölkələrin
təhsil
nazirləri ADA Universitetində
olublar
Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına
üzv ölkələrin təhsil nazirlərinin
üçüncü görüşü çərçivəsində
ADA Universitetində bu ali təhsil ocağının və
“SABAH” layihəsi çərçivəsində digər ali
təhsil müəssisələrində təhsil alan bir qrup
tələbə ilə görüş keçirilib.
Bu
barədə Təhsil Nazirliyindən AzərTAc-a məlumat
verilib.
Görüşdə
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin
milli təhsil naziri Nəbi Avcı,
Qırğızıstanın təhsil və elm naziri Kanat
Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya
Qalimova və digər qonaqlar iştirak ediblər.
Qonaqları
ADA Universitetinin yerli və əcnəbi tələbələri,
professor-müəllim və inzibati heyəti
qarşılayıb.
ADA
Universitetinin rektoru Hafiz Paşayev qonaqlara bu ali təhsil müəssisəsinin
yaradılması, əldə edilmiş nailiyyətlər və
gələcək planlar barədə məlumat verib.
Tədbirdə
Bakıda keçirilən Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına üzv ölkələrin
təhsil nazirlərinin görüşünün əhəmiyyəti
və qəbul olunan qərarların önəmi
vurğulanıb.
Görüşdə
tələbələrin türkdilli dövlətlərlə
mümkün mübadilə və təhsil proqramları, eləcə
də digər məsələlərlə bağlı
sualları cavablandırılıb.
Azərbaycan.-2014.- 29 noyabr.- S.3.