Dövlət Gömrük
Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul
edib
Prezident
İlham Əliyevin tapşırığına uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həll olunması
üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 28-də Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhərindən, Kürdəmir və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.
Səyyar qəbul zamanı komitə sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı
qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll
olunub. DGK-nın səlahiyyətlərinə
aid olmayan məsələlərlə
bağlı müraciətlər isə müvafiq
orqanlara çatdırılmaq üçün qeydiyyata
alınıb və nəzarətə götürülüb.
Azərbaycan.-2014.- 29 noyabr.- S.4.