Ekologiya və təbii sərvətlər naziri Şəmkir

 şəhərində vətəndaşları qəbul edib

 

Noyabrın 28-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Şəmkir, Gədəbəy, Samux rayonlarının və Gəncə şəhərinin sakinlərini qəbul edib.

Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbul zamanı 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitinekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqis. məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin, şikayət və təkliflərinin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, qaldırılan məsələlər operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgədə yaşayan vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. ETSN-in fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H. Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

 

 

Azərbaycan.-2014.- 29 noyabr.- S.4.