Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 13/83

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq olaraq qərara alır:

1. 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Elbrus Hüseyn oğlu Əhmədovun səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

2. Hüri Məmməd qızı Hüseynova və Mahirə Zakir qızı Hüseynova 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

 

Azərbaycan.-2014.- 29 noyabr.- S.6.