2014-cü il
dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 27 noyabr
2014-cü il tarixli 14
saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 13/82
2014-cü
il dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində 41 saylı Sumqayıt birinci seçki
dairəsindən Corat bələdiyyəsi üzrə namizədliyi
öz təşəbbüsü ilə irəli
sürülmüş Ələsgərov Oruc Kiçağa
oğlu 27 noyabr 2014-cü ildə Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına ərizə
ilə müraciət edərək onun namizəd kimi qeydə
alınmasından imtinaya dair dairə seçki
komissiyasının qərarının əsassız
olduğunu bildirmiş və müvafiq qərar qəbul edilməsi
yolu ilə pozulmuş hüquqlarının bərpa
olunmasını xahiş etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112
və 112-1-ci maddələrinə və “Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”a
uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının nəzdində
yaradılmış ekspert qrupunun üzvü tərəfindən
icraata qəbul edilmiş, araşdırılaraq bu barədə
rəy verilmiş və komissiyanın iclasında
baxılmışdır.
Araşdırma
prosesində müəyyən olunmuşdur ki, ərizəçi
dairə seçki komissiyasının onun namizəd kimi
qeydiyyatından imtinaya dair 15 noyabr 2014-cü il tarixli 9/62
saylı qərarı barədə həmin gün məlumatlı
olmuşdur. Belə ki, qəbul olunmuş qərar həmin
gün dairə seçki komissiyasının məlumat
lövhəsindən asılmaqla dərc edilmiş və qərarın
surəti şikayətçiyə
şəxsən verilmişdir.
Müraciətin
göndərilmə və daxilolma tarixindən, ərizəçinin
və 41 saylı Sumqayıt birinci seçki dairəsi dairə
seçki komissiyası sədrinin izahatlarından və tərtib
edilmiş 15 noyabr tarixli Aktdan görünür ki, O.K.Ələsgərov
dairə seçki komissiyasının müvafiq qərarının
qəbul edilməsi barədə məlumatlı olmuş və
şikayəti şikayətvermə müddətinin
ötürülməsi ilə təqdim etmişdir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə
və “Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqından Təlimat”ın
4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların
seçki hüquqlarını pozan qərar və hərəkətlərdən
(hərəkətsizlikdən) həmin qərarın dərc
edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu
haqda məlumat aldığı gündən başlayaraq 3
gün müddətində şikayət edə bilərlər.
İddia
edilən qanun pozuntularından qanunvericiliklə müəyyən
edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən,
müraciət mahiyyəti üzrə araşdırılmadan
geri göndərilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən qərara alır:
1.
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində 41 saylı Sumqayıt birinci seçki
dairəsindən Corat bələdiyyəsi üzrə qeydə
alınmamış namizəd Ələsgərov Oruc
Kiçağa oğlunun 27 noyabr 2014-cü il tarixli 14 saylı
müraciəti qanunvericiliklə müəyyən olunmuş
şikayətvermə müddəti ötürülməklə
verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2014.- 29 noyabr.- S.6.