2014-cü il
dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində Müsavat
Partiyasının səlahiyyətli nümayəndəsinin
qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 13/79
2014-cü
il dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində Müsavat Partiyası səlahiyyətli
nümayəndə təyin etmiş və həmin şəxsin
qeydə alınması üçün müvafiq sənədləri
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim etmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası
bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, həmin şəxsin qeydə
alınması üçün əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1.
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində Fəttah Elman Volodiya oğlu Müsavat
Partiyasının səlahiyyətli nümayəndəsi kimi
qeydə alınsın.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2014.- 29 noyabr.- S.6.