Azərbaycan Prezidenti İlham Əliyev Qaz İxrac edən
Ölkələrin Forumunun baş
katibini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da
Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi
Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.
Baş
katib Seyid Məhəmməd Hüseyn Adeli rəhbərlik
etdiyi təşkilat barədə dövlətimizin
başçısına məlumat verdi. O, Qaz İxrac edən
Ölkələrin Forumuna üzv olan 17 dövlətin ölkəmizlə
əməkdaşlıqda maraqlı olduğunu dedi. Azərbaycanın
bu sahədə böyük potensiala malik olduğunu
vurğulayan Seyid Məhəmməd Hüseyn Adeli qlobal qaz
bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini
bildirdi.
Ölkəmizin
böyük qaz ehtiyatlarına malik olduğunu deyən Prezident
İlham Əliyev hazırda təbii qazın müxtəlif
marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini
vurğuladı. Dövlətimizin başçısı Qaz
İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın
təşkilata üzv olan ölkələrlə ikitərəfli
əlaqələrin inkişafına da xidmət edəcəyinə
əminliyini ifadə etdi.
Görüşdə
əməkdaşlığın perspektivləri ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 30 noyabr.- S.1.