Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

 

Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-Çin münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Bu mənada dostluq əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daim dərinləşməsi böyük məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı anlaşma və etimada əsaslanan siyasi təmaslarımızın, hər iki tərəf üçün faydalı olan iqtisadi əlaqələrimizin, humanitar mübadilələrimizin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 sentyabr 2014-cü il.

Azərbaycan.-2014.- 1 oktyabr.- S.1.