Azərbaycan və Türkiyə
arasında hüquqi əlaqələr inkişaf edir
Sentyabrın
30-da ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədov Türkiyənin
Ali Hərbi Məhkəməsinin sədri Əhməd Zəki
Liman ilə görüşüb.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə Azərbaycan ilə Türkiyə
arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq
münasibətlərinin olduğunu diqqətə
çatdıran F.Məmmədov bu əlaqələrin
inkişafında ulu öndər Heydər Əliyevin müstəsna
xidmətlərini, dövlət və hökumət
başçılarının müntəzəm
qarşılıqlı səfərlərinin əhəmiyyətini
qeyd edib. F.Məmmədov zəngin müqavilə bazasına
söykənən hüquqi əlaqələrin daha da
genişləndiyini, ədliyyə və məhkəmə
orqanları arasında səmərəli
qarşılıqlı fəaliyyəti xüsusi
vurğulayıb.
Dövlətimizin
başçısı İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda aparılan məhkəmə-hüquq
islahatları, o cümlədən genişmiqyaslı
qanunvericilik və institusional tədbirlər, 20-dək yeni
regional məhkəmənin yaradıldığı, hərbi
məhkəmə sisteminin təkmilləşdiyi, infrastrukturun
müasirləşdiyi diqqətə
çatdırılıb. Hakimlərin Avropada ən şəffaf
seçiminə, onların tədrisinə toxunularaq qardaş
ölkənin Ədliyyə Akademiyasının bu tədbirlərdə,
o cümlədən bu günlərdə keçirilən beynəlxalq
konfransda fəal iştirakı, habelə Akademiyanın dəstəyi
ilə son illər hakimliyə namizədlərin Türkiyədə
nəzəri və praktiki təlimlər keçdiyi qeyd
olunub.
Azərbaycana
ilk səfərindən ötən 13 il müddətində
ölkəmizin möhtəşəm inkişafının, o
cümlədən iqtisadi və hüquqi sahədə əldə
etdiyi yüksək nailiyyətlərin şahidi olduğunu
vurğulayan qonaq xalqlarımız arasında qardaşlıq
münasibətlərinin Azərbaycanın ümummilli lideri
Heydər Əliyevin ideyalarına uyğun inkişafını
qeyd edib. Ə.Z.Liman Azərbaycanda məhkəmə sisteminin
müasirləşdirilməsi üzrə tədbirlərdən
məmnunluğunu ifadə edib. O, ölkəsində məhkəmə
sistemi barədə məlumat verərək islahatların
aparıldığını bildirib, təcrübə
mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini
söyləyib.
Tədbirdə
qarşılıqlı fəaliyyətə dair faydalı
fikir mübadiləsi aparılıb.
Görüşdə
respublika baş prokurorunun müavini – hərbi prokuror Xanlar Vəliyev,
ədliyyə nazirinin müavini Azər Cəfərov
iştirak ediblər.
Qonaqlar
nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış
olublar.
Azərbaycan.-2014.- 1 oktyabr.- S.5.