Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İnkişaf
Proqramının rəhbərinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də
BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri
xanım Helen Elizabet Klarkın başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Dövlətimizin
başçısı ölkəmizin BMT-nin İnkişaf
Proqramı çərçivəsində əməkdaşlığının
uğurla inkişaf etdiyini vurğuladı.
Xanım
Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə
heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda
iştirakının önəmini qeyd edən Prezident
İlham Əliyev Forumda maraqlı müzakirələrin
aparılacağına ümidvar olduğunu bildirdi.
Bakı
Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını
ifadə edən BMT-nin İnkişaf Proqramının rəhbəri
xanım Helen Elizabet Klark tədbirin gündəliyinin geniş
sahələri əhatə etməsinin əhəmiyyətini
vurğuladı. Xanım Helen Elizabet Klark təmsil etdiyi qurumun
Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə
maraqlı olduğunu dedi.
Azərbaycan.-2014.- 2 oktyabr.- S.1.