Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar
üçün 5 nömrəli respublika xüsusi internat məktəbində olub
Oktyabrın
9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud
uşaqlar üçün 5 nömrəli respublika xüsusi
internat məktəbində yaradılmış şəraitlə
tanış olub.
Məlumat
verildi ki, 1961-ci ildәn fәaliyyәt göstәrәn
bu təhsil ocağı 2006-cı ildә Heydәr
Әliyev Fondunun tәşәbbüsü ilә
yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil
alır. Şagirdlәrdәn 145-i tamamilә
görmәyәn, digərləri isə zәif
görәnlәrdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti məktəbin yeməkxanasında
oldu, burada şagirdlərlə birlikdə süfrə
arxasında əyləşərək onlarla səmimi söhbət
etdi. Leyla Əliyevanın diqqətinə
çatdırıldı ki, burada Azәrbaycanın
bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa
qәdәr uşaqlar tәhsil alırlar. Bölgələrdən
gələn uşaqlar mәktәbin 120 nәfәrlik
yataqxanasında qalırlar. Məktəb şagirdlərin
yüksək səviyyədə təhsil almaları
üçün lazımi avadanlıqla təmin edilib.
Şagirdlərə
Heydər Əliyev Fondu tərəfindən yeni komyuterlər hədiyyə
olundu.
Sonra
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gözdən
əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində
oldu. Məlumat verildi ki, burada 204 şagird təhsil alır.
Leyla
Əliyeva şagirdlərin ifalarını dinlədi.
Azərbaycan.-2014.- 10 oktyabr.- S. 4.