Neonasizmksenofobiya Avropanı təhdid edən təhlükəli meyllərdir

 

Neonasizm və ksenofobiya Avropanı təhdid edən təhlükəli meyllərdir.

AzərTAc xəbər verir ki, bu fikri AŞPA-nın payız sessiyasında “Neonasizm təzahürlərinə qarşı əks tədbirlər” mövzusunda hazırlanan məruzə ilə bağlı çıxış edən Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvləri səsləndiriblər.

Milli Məclisin deputatı Rövşən Rzayev çıxışında deyib ki, müasir dövrdə neonasizm və ksenofobiyanın mövcudluğu Avropada stabilliyə və təhlükəsizliyə ən qorxulu meyllərdən birinə çevrilməkdədir.

Azərbaycan millətçilik və ksenofobiya ideologiyası ilə silahlanan seperatizmin dağıdıcı təsirlərinə məruz qalan ölkələrdən biridir. Bu gün ksenefobiya və ermənilərin azərbaycanlılara qarşı millətçilik ideologiyası Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bunun sübutu kimi Ermənistanın sabiq prezidenti Pobert Koçaryanın səsləndirdiyi “azərbaycanlıların ermənilərlə birgə yaşayışının genetik mümkünsüzlüyü” barədə səsləndirdiyi fikri misal gətirmək olar.

Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağın erməni və Azərbaycan icmaları arasında sülh danışıqlarının, beynəlxalq vasitəçilərin köməyi ilə mədəniyyətlərarası dialoqun aparılması təklifi ilə çıxış edib. Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı XVIII əsrə aid Azərbaycan xalqının mədəni abidəsi olan məscidin bərpası ilə bağlı bütün ermənilərin katolikosu ll Qareginə müraciət edib. Amma təəssüflər olsun ki, bu sülh təşəbbüsü digərləri kimi cavabsız qalıb.

Biz hesab edirik ki, mədəniyyətlər və millətlərarası dialoqun dəstəklənməsi xalqlar arasında dözümlüyün və etimadın möhkəmlənməsinə kömək edəcək, insanlar arasında neonasizmksenofobiya ideologiyasının kök salmasına mane olacaq.

Bu fonda Avropa Komissiyasının və xanım Mariette de Purbe-Lundinin irqçilikdözümsüzlük probleminin pislənməsi istiqamətində apardıqları işləri yüksək qiymətləndiririk və ümid edirik ki, hazırlanan məruzənin nəticələri və bu məsələ ilə bağlı qətnamə neonasizm və ksenofobiyanın dünyada yayılmasının qarşısını almaqda praktiki nəticələri olacaq.

Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxışında bildirib ki, neonasizm Avropada geniş vüsət almaqdadır. Əsas xüsusiyyətləri təcavüzkar milliyyətçilik və irqçilik olmaqla o, beynəlxalq hüququn təməl normaları və prinsiplərinin ciddi pozuntularına gətirib çıxarır. Nəticədə bəşəriyyət dağıdıcı müharibələr, təcavüzkarlıq və etnik təmizləmələrdən əziyyət çəkir.

Bu qəbildən olan etnik təmizləmələrdən birini Ermənistan tərəfi bir milyondan çox azərbaycanlıya qarşı həyata keçirib. 20 ildən çoxdur ki, bu ölkə Azərbaycan ərazisinin 20 faizini işğal etməklə onun ərazi bütövlüyünə qəsd edib. Sözügedən siyasət nəticəsində indiki Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı yaşamır və yaşadığımız XXI əsrdə Ermənistan monoetnik ölkə olaraq qalır.

AŞPA-nın bütün sessiyalarında Azərbaycan xalqı barədə yanlış məlumatlar səsləndirən ermənistanlı deputat Naira Zöhrabyana cavab verən S.Qafarova deyib: Fəxrlə söyləyə bilərəm ki, neonasizmə əks qüvvə olan tolerantlıq və multikulturalizm əsrlərlə Azərbaycanda mövcud olub. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri dinc, yanaşı yaşayırlar. Bu gün Azərbaycanın ruslar, ukraynalılar, gürcülər və ermənilərdən ibarət olan xristian icması yerli müsəlman icması ilə bərabər hüquqlardan yararlanır. Bir neçə ay öncə Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilib. Bu addım multikultiralizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır.

Bir neçə gündən sonra Bakı 4-cü humanitar foruma ev sahibliyi edəcək və multikulturalizm tədbirin əsas müzakirə obyektlərindən olacaqdır.

S.Qafarova sonda onu da qeyd edib ki, müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur.

Milli Məclisin digər deputatı Sevinc Fətəliyev isə çıxışında deyib: Bu gün cəmiyyətə lazım olan ən böyük ehtiyac insanların birliyidir. Birlik müasir dünyanın çağırışlarına cavab vermək və dünyanın müxtəlif məkanlarında mövcud olan müəyyən çatışmazlıqların qarşısını almaq üçün bir vasitədir.

Mövcud çatışmazlıqlardan ən əsası isə mənəvi çatışmazlıqdır. Cəmiyyətdə mənəvi çatışmazlıq o zaman baş verir ki, insanlar başqa millətə məxsus olmasına görə qətlə yetirilirlər. İnsanlar uşaqlıqdan digər millətə nifrətə öyrədilir, başqa mədəniyyətə və dinə məxsus olan abidələr məhv edilir, uşaqlar partlayıcı cihazlar ilə doldurulmuş oyuncaqlarla qətlə yetirilir.

Şübhəsiz ki, neonasizm, ksenofobıya təzahürünün qarşısının almaqda ən effektiv üsullar mədəniyyət, təhsil və informasiya kampaniyalarıdır. Uşaqlar və gənclər digər mədəniyyətləri və tarixləri öyrənməlidirlər. Lakin bəzən ksenofobiya, rasizmdözümsüzlüyün digər növləri təkcə savadsızlıq üzərində yaranmır, terrorizm, ekstremizm üzərində də qurulur.

Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlükya hansısa fobiyalarla rastlaşmayıblar. AŞPA-da bəzən Azərbaycanda ermənifobiyanın mövcud olması barədə yanlış fikirlər səslənir. Bu mifin dağılmasına misal çəkərək qeyd etməliyəm ki, Azərbaycanda 30 mindən çox etnik erməni yaşayır. Ermənistanda Azərbaycanfobiyanın mövcud olmasının təsdiqi isə Ermənistanda etnik təmizləmə nəticəsində bütün azərbaycanlıların deportasiya olunması və ən ağrılısı öz torpaqlarında qətlə yetirilməsidir.

AŞPA-nın əsas məqsədlərindən biri dünyada vəziyyətin yaxşılaşdırılması naminə millətlərarası birliyin yaranmasına nail olmasıdır. Lakin əsl birlik asan qazanılmır. Bu münasibətlərin dəyişməsi siyasi liderlərin baxışlarının genişlənməsindən, beynəlxalq təşkilatların mövqelərinin möhkəmlənməsindən asılıdır.

Azərbaycan parlament nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva isə çıxışında bildirib ki, dünyadaAvropa məkanında rasizmin, nifrətin, dözümsüzlüyün artması bizi ciddi narahat etməlidir və Avropa Şurasına üzv ölkələr bu problemin harada baş verməsindən asılı olmayaraq onun qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Böyüyən gənc nəsillər etnik mənsubiyyətindən, dini kimliyindən, cinsisosial statusundan asılı olmayaraq hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüməlidir. Amma təəssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, kütləvi informasiya vasitələrində yayılan məlumatlar tam əksinə dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Ermənistanda dözümsüzlüyün, nifrətin və rasizmin təhsil sistemində, siyasətçilərin çıxışlarında və KİV-də geniş yayılması nəticəsində bu ölkədə etnik təmizləmə siyasəti aparıldı. Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etmir. Bu qətnamənin yerinə yetirilməsi istiqamətində addımlar atmaqdansa Ermənistan nümayəndə heyətinin bəzi üzvləri burada Azərbaycan ilə bağlı həqiqəti əks etdirməyən, yalan informasiyalar səsləndirirlər. Əgər siz Azərbaycana gəlsəniz ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərlə görüşə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların hamısı zorla öz evindən qovulub. Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbiristanlıqlar belə dağıdılıb. Ermənilər son vaxtlarda əsir götürdükləri azərbaycanlılar - Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar vəhşiliklər törədiblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əhmədova isə işgəncələr davam edir. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır.

Mən ciddi problemdən bəhs edən məruzədə son zamanlar narahatlıq doğuran bir məsələnin də öz əksini tapmasını istəyirəm. Məruzənin 7.3 maddəsinə radikalizmin bir növü olan islamafobiyanın da rasizm, nifrət, anti-semitizm sözlərindən sonra əlavə edilməsi vacibdir. Ümid edirəm ki, məruzədə öz əksini tapan məsələlər həyata keçəcək və harada baş verməsindən asılı olmayaraq rasizmə və ksenofobiyaya qarşı ciddi mübarizə aparılacaq.

Azərbaycanlı deputatlarını çıxışları maraqla qarşılandı.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan.-2014.- 2 oktyabr.- S.7.