Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak
Kın Heyə
Hörmətli
xanım Prezident,
Koreya
Respublikasının milli bayramı – Dövlətin
yaranması günü münasibətilə Sizi və
bütün xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası
arasındakı dostluq münasibətlərinin daim möhkəmlənməsi,
qarşılıqlı faydalı əməkdaşlığımızın
bütün sahələrdə inkişafı istiqamətində
bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost xalqınıza isə daim
əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 27 sentyabr 2014-cü il.
Azərbaycan.-2014.- 3 oktyabr.- S.3.