Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş
nazirinin müavini Sapardurdu Toyliyevi qəbul
edib
Oktyabrın
2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın
Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib.
Görüşdə
ikitərəfli münasibətlərin inkişafından məmnunluq
ifadə olundu. Xəzəryanı ölkələrin dövlət
başçılarının bir neçə gün əvvəl
Həştərxanda keçirilən Sammitinin regional əməkdaşlıq
baxımından əhəmiyyəti vurğulandı. Əlaqələrin
inkişafında hökumətlərarası birgə
komissiyanın rolu xüsusi qeyd edildi.
Söhbət
zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu sahələrində
yaxşı perspektivlərin olduğu diqqətə
çatdırıldı, bu sahədə səylərin
gücləndirilməsinin önəmi vurğulandı.
Azərbaycan.-2014.- 3 oktyabr.- S.3.