Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası

 Federal Məclisinin Federasiya Şurasının sədri

Valentina Matviyenko ilə görüşüb

 

Oktyabrın 2-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

 

Valentina MATVİYENKO dedi:

 

- Biz, Sizi Rusiyada çox yaxşı tanıyırıq. Təkcə Prezidentin həyat yoldaşı kimi deyil, başqa cəhətdən də tanıyırıq. Siz həqiqətən çox böyük ictimai fəaliyyət göstərirsiniz. Həm Azərbaycan parlamentinin üzvü, həm Heydər Əliyev Fondunun prezidenti, həm xoşməramlı səfir kimi. Siz həmişə Rusiyada arzulanan qonaqsınız. Sizin qızınız Leyla da Moskvada gənclər hərəkatı, gənclər təşkilatları ilə çox böyük işlər aparır. Bu yaxınlarda Moskvada çox parlaq tədbir keçirildi. Mühüm olan odur ki, bütün ailə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün böyük işlər görür. Mən fürsətdən istifadə edərək, həmkarlarım adımdan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və humanitar əməkdaşlığa verdiyiniz töhfəyə görə Sizin fəaliyyətinizin qiymətləndirilməsi məqsədilə Federasiya Şurası tərəfindən təsis olunan medalı təqdim etmək istəyirəm. Bu medal MDB ölkələrinin Parlamentlərarası Assambleyasının əməkdaşlığa görə ali mükafatıdır. Biz bu mükafatı ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verən şəxslərə təqdim edirik.

 

Mehriban ƏLİYEVA dedi:

 

- Mən bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz çıxışınızda Rusiya ilə Azərbaycan arasında olan münasibətlər barədə çox yaxşı danışdınız. Çıxışınız həqiqətən bütün sahələri əhatə edirdi. Buna görə mən təkrar etmək istəmirəm. Təkcə onu demək istəyirəm ki, bizim bütün sahələrdəki münasibətlərimiz iki qonşu ölkənin öz siyasətini, münasibətlərini qarşılıqlı hörmət, dostluq qarşılıqlı maraqlar əsasında qurmaq nümunəsi ola bilər. Həmişə belə olub əminəm ki, bundan sonra da belə olacaq. Heydər Əliyev Fondunun verdiyi kiçik töhfələrin qiymətləndirilməsinə şadam. Sevinirəm ki, indi layihələr genişlənir. Bu yaxınlarda Prezident Həştərxanda olub. Mən tədbirə televizorda baxırdım mənə çox xoşdur ki, Heydər Əliyev Fondunun adı çəkilirdi. Bizim münasibətlərimizdə Leylanın fəal iştirakı qeyd olundu. Yəni, bütün bunlar təbii proseslərdir əminəm ki, bundan sonra da belə davam edəcək. Bir daha dəyərli mükafata görə çox sağ olun. Əminəm ki, bundan sonra daha da sıx əməkdaşlıq edəcəyik.

 

Valentina MATVİYENKO dedi:

 

- Mən onu da demək istəyirəm ki, Beynəlxalq Humanitar Forum Bakıda daimi qeydiyyata götürülüb dünyada artıq Bakı Forumu kimi tanınır. Bu, Azərbaycanın şəxsən Sizin böyük töhfənizdir. Mən Sizin humanitar sahədə, bütövlükdə dünyada, dövlətlər arasında, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi sahəsində qədər çox gördüyünüzü bilirəm. Bu, Azərbaycanın nüfuzunu artırır Azərbaycanın xidmətlərinin dünyada, bütövlükdə dünya siyasətində, xüsusən humanitar sahədə tanınmasına verilən töhfədir. Fikrimcə, bu, ölkənin statusunu daha da yüksəldir. Azərbaycanın yüksək templə inkişaf etməsi, Bakının bu cür dəyişməsi böyük hörmətə layiqdir. Buna görə, Sizi belə əlamətdar hadisə münasibətilə təbrik edirik mənim həmkarlarım, Federasiya Şurasının üzvləri həmişə humanitar sahədə belə əməkdaşlıq etməyə hazırıq.

 

 

Azərbaycan.-2014.- 3 oktyabr.- S.4.