Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun baş

 direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə İSESCO-nun yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Forumda iştirak etməkdən məmnunluğunu bildirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO ilə Heydər Əliyev Fondunun birlikdə uğurlu layihələr həyata keçirdiyini dedi. Baş direktor Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESCO-nun irəli sürdüyü təşəbbüsləri dəstəklədiyinə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə də toxunuldu.

 

 

Azərbaycan.-2014.- 3 oktyabr.- S.4.