Aureliya Qriqoriu: Dünya ictimaiyyətinin beynəlxalq terrorizmə
qarşı mübarizəsi
Qarabağın işğaldan azad edilməsindən
başlamalıdır
Dördüncü
Bakı Humanitar Forumu da Azərbaycanda təşkil edilən
digər beynəlxalq tədbirlər kimi çox yüksək
səviyyədə keçirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi
açılış mərasimindəki nitqində çox
aktual məsələlərə toxundu.
Bu
sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak
edən Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu AzərTAc-a
müsahibəsində deyib.
Qonaq
bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox dəqiq
və lakonik şəkildə beynəlxalq terrorizmə
qarşı mübarizədə ölkənin və beynəlxalq
ictimaiyyətin qarşısında duran vəzifələri
diqqətə çatdırıb. Prezidentin fikirləri Forumun
rəsmi açılışında çıxış edənlər
tərəfindən də dəstəkləndi. Onlar da Azərbaycanın
ermənilər tərəfindən zəbt edilmiş
ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və
ona bitişik rayonların azad edilməsini xüsusi qeyd etdilər.
Hesab edirəm ki, dünya ictimaiyyətinin beynəlxalq terrorizmə
qarşı mübarizəsi Qarabağın işğaldan
azad edilməsindən başlamalıdır.
Azərbaycan.-2014.- 3 oktyabr.- S.6.