Yuri Kovbasiuk: Humanitar Forumda
çox vacib məsələlər
müzakirə edilir
Dördüncü
Bakı Beynəlxalq Humanitar Forumunda əvvəlki illərdə
olduğu kimi, çox vacib məsələlər müzakirə
edilir. Builki Forum da yüksək səviyyədə təşkil
edilib.
AzərTAc
xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində
IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Ukrayna
Prezidenti yanında Milli Dövlət İdarəçiliyi
Akademiyasının nümayəndəsi Yuriy Kovbasiuk deyib.
Y.Kovbasiuk
deyib: “Çox şadam ki, Bakıdayam və bu mötəbər
Forumda iştirak edirəm. Forum zamanı öz həmkarlarımızla
görüşüb müxtəlif mövzular ətrafında
müzakirələr aparırıq. Xüsusi qeyd etməliyəm
ki, Forumun “dəyirmi masa”ları çox aktual mövzulara həsr
olunub”.
Qonaq
Forumun sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun güclənməsinə böyük töhfə
verdiyini diqqətə çatdırıb.
Azərbaycan.-2014.- 3 oktyabr.- S.6.