Helen Klark: Azərbaycanın
İKT sahəsində mütərəqqi
təcrübəsi
digər ölkələrə də yayılmağa layiqdir
Azərbaycanda
səfərdə olan BMT-nin İnkişaf Proqramının rəhbəri
xanım Helen Klark oktyabrın 2-də rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasovla görüşüb.
AzərTAc
xəbər verir ki, görüşdə Əli Abbasov qurumla
Azərbaycan arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyini, bütün sahələrdə, o
cümlədən rabitə və yüksək texnologiyalar
sektorunda qarşılıqlı əlaqələrin
inkişafı üçün geniş potensialın
olduğunu vurğulayıb. Ölkəmizdə rabitə və
yüksək texnologiyalar sahəsinin inkişafı üzrə
aparılan islahatlar, həyata keçirilən milli və
regional layihələr barədə danışan nazir BMT tərəfindən
Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə
göstərilən dəstəyi yüksək qiymətləndirib.
BMT-nin
İnkişaf Proqramının rəhbəri tərəflər
arasında qurulan əməkdaşlıq nəticəsində
gələcəkdə reallaşacaq geniş miqyaslı layihələrin
əsasının qoyulduğunu bildirib. Azərbaycanın
iqtisadi inkişafında informasiya-kommunikasiya
texnologiyalarının prioritet sahə kimi qəbul
olunduğunu vurğulayan Helen Klark Dünya İqtisadi Forumu tərəfindən
hazırlanmış “Qlobal informasiya texnologiyaları
hesabatı 2014” də “Şəbəkələşmə
hazırlığı indeksi” göstəricisinə görə
Azərbaycanın 7 pillə irəliləyərək, 49-cu
yerdə qərarlaşmasını yüksək dəyərləndirib.
Ölkəmizdə
İKT sahəsində həyata keçirilən uğurlu
layihələrin mütərəqqi təcrübə kimi digər
ölkələrə də yayılmağa layiq olduğunu
vurğulayan BMT rəsmisi təşkilatın Azərbaycanla
qurulan əməkdaşlıq istiqamətlərini daha da
genişləndirmək niyyəti barədə məlumat verib.
Görüşdə
İKT sahəsində BMT Baş Assambleyası ilə əməkdaşlıq
perspektivləri, eyni zamanda, qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 3 oktyabr.- S.7.