Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri

 

 

 

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyev Xırdalan şəhərinə gəldi.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə son vaxtlar şəhərdə və rayonda görülən işlər barədə məlumat verdi.

 

AzərTAc

Azərbaycan.-2014.-4 oktyabr.-S.1.