Prezident İlham Əliyev
Xırdalanda Heydər Əliyev adına mədəniyyət
və
istirahət parkında aparılan yenidənqurma işləri
ilə tanış olub
Prezident İlham Əliyevin
Abşeron rayonuna səfəri
Oktyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Xırdalan şəhərində Heydər Əliyev adına
mədəniyyət və istirahət parkında aparılan
yenidənqurma işləri ilə tanış olub.
Son
illərdə Abşeron rayonunda həyata keçirilən
abadlıq işləri sırasında Xırdalan şəhərindəki
Heydər Əliyev adına mədəniyyət və istirahət
parkının yenidən qurulması mühüm əhəmiyyət
daşıyır. Bu da ölkədə həyata keçirilən
sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi
olmaqla bölgələrimizin daha da gözəlləşməsinə
xidmət edir. Bu, bir daha təsdiqləyir ki, şəhər və
rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində
park və xiyabanların salınması, mövcud
olanlarının isə yenidən qurulması diqqətdən
kənarda qalmır. Xırdalan şəhərinin mərkəzində
yerləşən bu mədəniyyət və istirahət
parkında yenidənqurma işləri ən yüksək səviyyədə
görülüb, parkın ərazisi tamamilə yenidən
qurulub.
Dövlətimizin
başçısına məlumat verildi ki, ərazisi 12 hektar
olan parkda sakinlərin mənalı istirahəti və asudə
vaxtlarının səmərəli təşkili
üçün hər cür şərait yaradılıb.
Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə
müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və
formalarla zənginləşdirilib. Parkın ərazisində
çoxlu ağac və dekorativ gül kolları əkilib,
çəmənlik salınıb.
Xırdalan
şəhərindəki Heydər Əliyev adına parkda
aparılan yenidənqurma işləri ölkədə əhalinin
istirahətinin yüksək səviyyədə təşkil
olunmasının davamlı və kompleks xarakter
daşıdığını təsdiqləyir.
AzərTAc
Azərbaycan.-2014.-4 oktyabr.-S.2.