Prezident İlham Əliyev
Xırdalanda Bayraq Meydanında olub
Prezident İlham Əliyevin
Abşeron rayonuna səfəri
Oktyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Xırdalan şəhərindəki Bayraq Meydanında olub.
Dövlətimizin
başçısına məlumat verildi ki, bayraq dirəyinin
hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə
200 kvadratmetr təşkil edir. Burada müxtəlif video
görüntülərin nümayiş etdirilməsi
üçün böyük monitor da
quraşdırılıb.
Bütün
bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün
müstəqil ölkəmizin başı üzərində
dalğalanan üçrəngli, ay-ulduzlu
bayrağımıza dövlət səviyyəsində olan
ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, indi hər
bir azərbaycanlı dövlət bayrağını
özünün qürur mənbəyi hesab edir. Dövlət
atributlarına xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev
də bu məsələdə hər zaman həssas münasibətilə
ilə seçilib. Odur ki, paytaxtla yanaşı, bölgələrimizdə
də Bayraq meydanları salınıb. Abşeron rayonundakı
Bayraq Meydanı da öz möhtəşəmliyi ilə diqqəti
cəlb edir.
AzərTAc
Azərbaycan.-2014.-4 oktyabr.-S.2.