Prezident İlham Əliyev Xırdalanda
şahmat məktəbinin
açılışında iştirak edib
Prezident İlham Əliyevin
Abşeron rayonuna səfəri
Oktyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Xırdalan şəhərində şahmat məktəbinin
açılışında iştirak edib.
Dövlətimizin
başçısı məktəbin rəmzi
açılışını bildirən lenti kəsdi.
Son
vaxtlarda Xırdalanda tikilən sosial təyinatlı obyektlərdən
biri də şahmat məktəbidir. Bu məktəbdə də
yüksək şərait yaradılıb, balacaların
şahmatın sirlərinə yiyələnmələri
üçün bütün tələblər nəzərə
alınıb. Bütün bunlar Prezident İlham Əliyevin “Azərbaycanda
şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı
və “2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişaf etdirilməsinə dair Dövlət
Proqramı”na uyğun olaraq həyata keçirilib. Yaradılan
şərait şahmatçılarımızın beynəlxalq
yarışlarda möhtəşəm qələbələr
qazanmasına, yüksək nəticələr əldə etməsinə
imkan verib. Şübhəsiz ki, bu məsələdə
Xırdalanda inşa olunan şahmat məktəbinin öz yeri
olacaq.
Məktəbdə
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
ölkəmizdə idmanın, o cümlədən
şahmatın inkişafı ilə bağlı xidmətlərinə
həsr olunan fotoguşə yaradılıb.
Şahmat
məktəbində yaradılan şəraitlə
tanış olan dövlətimizin başçısına məlumat
verildi ki, burada məşq otaqları və digər əlavə
otaqlar var. Otaqlardakı kompyuterlər xüsusi şahmat
proqramları ilə yüklənib. Şahmat məktəbi
müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə
yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə
məşğul olmaq məqsədilə bütün zəruri
əyani vəsaitlər mövcuddur.
Prezident
İlham Əliyevə məlumat verildi ki, məktəbin əsas
vəzifəsi idmanın bu intellektual növünün
kütləviliyini, şagirdlərin asudə vaxtlarının
səmərəli təşkilini təmin etməkdir.
AzərTAc
Azərbaycan.-2014.-4 oktyabr.-S.3.