Masazır qəsəbəsində yeni stadion istifadəyə
verilib
Prezident İlham Əliyevin
Abşeron rayonuna səfəri
Oktyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Abşeron rayonunun Masazır qəsəbəsində inşa
olunan stadionun açılışında iştirak edib.
Bu
gün idmançılarımızın beynəlxalq
yarışlarda fəal iştirakının təmin
olunması Prezident İlham Əliyevin Azərbaycan idmanına
verdiyi töhfələrin təməl prinsipini təşkil
edir. Ölkəmizdə nəhəng idman infrastrukturunun
yaradılması istiqamətində mühüm addımlar atılır.
Bu işə Azərbaycanın bütün regionları cəlb
olunub. Ölkəmizin hər yerində Olimpiya idman kompleksləri,
sağlamlıq mərkəzləri tikilib istifadəyə
verilir. Bu idman obyektləri dünya standartlarına cavab verməklə,
həm də ölkəmizdə yaradılan idman infrastrukturunun
güclü əsaslara söykəndiyini təsdiqləyir. Bir
sözlə, Azərbaycan dünya idman aləminə nəhəng
mərkəzlərdən biri kimi daxil olub. Bu məsələdə
Prezident İlham Əliyevin göstərdiyi səylər
ölkəmizin idman aləmində də yetərincə
nüfuz qazanması ilə nəticələnib.
Dövlətimizin
başçısına məlumat verildi ki, Masazır qəsəbəsindəki
stadion beynəlxalq standartlar nəzərə alınaraq
inşa olunub və tikinti işləri ən yüksək səviyyədə
həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu
idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test
otaqları var.
Bütün
bunlar bir daha təsdiqləyir ki, nəinki paytaxt Bakıda,
regionlarda da müasir görkəmi ilə seçilən
Olimpiya idman kompleksləri və digər idman
qurğularının inşası həm də bölgələrdə
beynəlxalq tədbirlərin keçirilməsinə şərait
yaradır.
AzərTAc
Azərbaycan.-2014.-4 oktyabr.-S.3.