Dördüncü Bakı
Beynəlxalq Humanitar Forumu
uğurla başa
çatıb
Forumun Bəyannaməsi qəbul olunub
Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu işini “dəyirmi masa”larda davam etdirib.
AzərTAc xəbər verir ki, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzularında keçirilmiş “dəyirmi masa”larda səmərəli və maraqlı diskussiyalar aparılıb.
Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak ediblər.
AzərTAc
Forumun ikinci iş gününün gedişini “dəyirmi
masa”lar üzrə şərh edir.
“Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın
yeni meyilləri” adlı “dəyirmi masa” da informasiya
cəmiyyətinin bir sıra aktual problemləri müzakirə
olunub
Oktyabrın 3-də
“Hilton” otelində IV Bakı
Beynəlxalq Humanitar Forumu çərçivəsində
“Rəqəmsal dövrdə
medianın transformasiyası:
inkişafın yeni meyilləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”nın gündəliyindəki
“Mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun həyata keçirilməsi şəraitində
XXI əsr jurnalistikasının
problemləri”, “Sosial
media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın
inkişafının yeni
modeli”, “Qloballaşma şəraitində müasir
elmin humanitar problemlərinin işıqlandırılmasında
medianın yeri və rolu” mövzularının
hər biri ayrıca paneldə müzakirə olunub.
Birinci paneldə müxtəlif
KİV platformalarında dialoqun
aktual aspektləri, ikincidə müasir jurnalistikada “sosial media” adlandırılan yeni hadisənin genezisi və onun ənənəvi
informasiya sənayesinin
obyektiv transformasiya prosesinə təsiri, informasiya cəmiyyətinin
bir sıra aktual problemləri, üçüncüsə isə
müasir şəraitdə
sosial məsuliyyət
prinsipini reallaşdıran
KİV-lərin yeni dünyada rolu ilə bağlı məsələlər ətrafında
müzakirələr aparılıb.
“Dəyirmi masa”da dünyanın müxtəlif
qitələrindən Bakıya
gəlmiş ictimai-siyasi
xadimlər, mədəniyyət
nümayəndələri, nüfuzlu media təşkilatlarının
rəhbərləri, dövlət
qurumlarının mətbuat
katibləri, ekspertlər,
Azərbaycanın ali təhsil ocaqlarının
jurnalistika fakültələrinin
professor-müəllim heyəti
iştirak ediblər.
“Dəyirmi masa”nı
AzərTAc-ın baş
direktoru Aslan Aslanov açaraq iştirakçılara səmərəli
iş, maraqlı diskussiyalar arzulayıb.
Baş direktor bildirib ki, ənənəvi,
klassik media yeniliyə
qarşı çıxmamalı,
əksinə, onunla ayaqlaşmağa çalışmalıdır. Yoxsa biz uduzarıq.
Yeni yüksək texnologiyalar bizə də imkan verir ki,
fəaliyyətimizi dövrün
tələbinə uyğunlaşdıraq,
işimizin forma və
metodlarını dəyişək,
rəqabət qabiliyyətimizi
artıraq.
“Dünyamız sürətlə
dəyişir, yüksək
texnologiyalar həyatımızın
bütün sahələrinə
nüfuz edir. Bizim peşə
sahəmiz olan media bu proseslərin mərkəzindədir”, – deyən
A.Aslanov “dəyirmi masa”da rəqəmsal dövrdə medianın transformasiyası şəraitində
inkişafın yeni meyillərinin, müasir jurnalistikanın dövrümüz
üçün xarakterik
olan spesifik problemlərinin müzakirə
ediləcəyini, eyni
zamanda, medianın inkişafının müasir
trendlərinin müəyyənləşdiriləcəyini
bildirib.
“Dəyirmi masa”nın
birinci panelinə moderatorluq edən Asiya və Sakit
Okean Ölkələri
Xəbər Agentlikləri
Təşkilatının (OANA) baş katibi, Rusiyanın İTAR-TASS agentliyinin
baş direktorunun birinci müavini Mixail Qusman müzakirə
olunan mövzunun əhəmiyyətini qeyd edib.
Sosial medianın
cəmiyyətin demək
olar ki, bütün sahələrinin
inkişafına öz
təsirini göstərdiyini
deyən M.Qusman son illərdə ənənəvi
media və sürətlə
inkişaf edən sosial media arasındakı
qarşılıqlı əlaqələrdən
danışıb. O, bildirib
ki, yeni media bir çox üstün cəhətləri
ilə diqqəti cəlb edir və müasir dövrdə sosial jurnalistika artıq sosial platformaya çevrilir.
Bölmə iclası məruzələrlə
davam edib. Bu paneldə
Avropa Xəbər Agentlikləri Alyansının
(EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin
baş icraçı
direktoru Peter Kropş,
Malayziyanın BERNAMA agentliyinin
baş direktoru Yonq So Heonq, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, İtaliyanın
AGI agentliyinin baş icraçı direktoru Cianni Di Ciovanni, Türkiyə Jurnalistlər
Federasiyasının prezidenti
Atilla Sertel, Milli Məclisin deputatı, yazıçı-publisist
Elmira Axundova, Los-Anceles
Beynəlxalq Münasibətlər
Şurasının prezidenti
və icraçı direktoru, EMMY mükafatı
laureatı, “Time” jurnalının
Los-Anceles bürosunun sabiq rəhbəri Terri Makkarti, Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları
kafedrasının baş
müəllimi Lamiyə
Vəzirova məruzələrlə
çıxış ediblər.
Panel iclasının iştirakçıları
ümumi maraqların,
müxtəlif mədəniyyətlərin
sivil dəyərlərinin
təmas nöqtələri
və bu prosesin müasir mediada necə əks olunması məsələsinə dair
müzakirələr aparıblar.
Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti haqqında
danışaraq bu mötəbər tədbirdə
aktual mövzuların
müzakirə edildiyini,
“Rəqəmsal dövrdə
medianın transformasiyası:
inkişafın yeni meyilləri” adlı “dəyirmi masa”da qaldırılan məsələlərin
bunu bir daha sübut etdiyini bildirib.
Milli Məclisin
deputatı, yazıçı-publisist
Elmira Axundova “İnformasiya
müharibələrindən sivilizasiyalararası dialoqa
- XXI əsr jurnalistikasının
aktual vəzifəsi” mövzusunda məruzəsində
informasiya təhlükəsizliyinin
təmininin zəruriliyini
bildirib, bu istiqamətdə Azərbaycanda
görülən işlərdən
danışıb. E.Axundova sivilizasiyalar
və mədəniyyətlərarası
dialoqun gücləndirilməsinə
Heydər Əliyev Fondu və onun
prezidenti Mehriban Əliyevanın töhfələrini
xüsusi qeyd edib.
Malayziyanın BERNAMA Agentliyinin baş
direktoru Yonq So Heonqun moderatorluğu ilə keçən ikinci paneldə Xorvatiyanın HINA Agentliyinin
baş direktoru Branka Qabriela Valentiçin,AzərTAc-ın baş
direktoru Aslan Aslanovun, Vyetnamın VNA Agentliyinin baş direktoru Nquyen Duk Loinin, Birləşmiş
Ərəb Əmirliklərinin
WAM Agentliyinin icraçı
direktoru Camal Nasser Əl-Suvayderin, Belarus Teleqraf
Agentliyinin (BELTA) baş
direktoru Dmitriy Jukun, “The Japan Times” qəzetinin
prezidenti Takeharu Tsutsuminin, “Rusiya İsveçrəsi” jurnalının
naşiri və baş redaktoru Aleksandr Peskenin və Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları
kafedrasının müdiri,
dosent Aynur Bəşirlinin məruzələri
dinlənilib.
Bu paneldə informasiya
cəmiyyətlərində jurnalistikanın inkişafının
yeni modeli, sosial medianın ənənəvi informasiya
sənayesinin obyektiv transformasiya prosesinə təsiri, müasir informasiya cəmiyyətinin
bir sıra digər aktual problemləri diqqət mərkəzində olub.
“Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə keçid
labüddür” mövzusunda
çıxış edənAzərTAc-ın
baş direktoru Aslan Aslanov XXI əsrin əvvəlindən
başlayaraq bəşəriyyətin
transformasiya erasına,
praktiki olaraq hər bir dövlətdə
tamamilə yeni münasibətlərin və
sosiumun müxtəlif
sektorları arasında
qarşılıqlı əlaqələrə
əsaslanan sosial münasibətlərin inkişafının
yeni mərhələsinə
qədəm qoyduğunu,
gündəlik həyatımıza
daxil olan internetin cəmiyyətin hər bir üzvünü
informasiyanın həm
istehlakçısına, həm
də daşıyıcısına
çevirdiyini, sözün
əsl mənasında,
internetin informasiya məkanında inqilab yaratdığını bildirib.
“Sosial media və yeni texnologiyalar praktiki olaraq multimedia materialları istehsalından ayrılmazdır”, - deyən baş direktor diqqətə çatdırıb ki, sosial şəbəkələr bütün dünyada müasir jurnalistikaya ciddi təsir göstərir. Özü də onlar təkcə nyusmeykerlərdən (“xəbər yaradanlardan”) və hadisələrin şahidlərindən alınmış məxsusi informasiyanın operativ mənbəyi olaraq qalmır, həm də öz auditoriyasını formalaşdırma vasitəsi kimi böyük təsir gücünə malikdir. Məsələnin daha bir mühüm aspekti ondan ibarətdir ki, hər bir agentlik təkcə kollektiv deyil, həm də fərdi jurnalistlər deməkdir.
AzərTAc-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluq etdiyi üçüncü paneldə Rusiyanın “Moskovski komsomolets” qəzetinin redaktoru Janna Qolubitskaya, Macarıstanın “Yobbik” Partiyasının mətbuat xidmətinin rəhbəri Qeorqina Bernat, ABŞ-ın Yaxın Şərq İnstitutunun böyük elmi işçisi Aleks Vatanka, Serbiyanın “Tanyuq” Agentliyinin baş direktoru Branka Slobodan Ñukiç, Yunanıstanın Qadın Jurnalistlər Avropa Şəbəkəsinin prezidenti İren Nikolopoulou, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının prezidenti Manuela Sessa, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyev, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudov məruzələrlə çıxış ediblər.
Bu paneldə müasir dövrdə sosial məsuliyyət prinsipini reallaşdıran KİV-lərin yeni dünyada rolu ilə bağlı müzakirələr aparılıb.
Bütün panel iclaslarında mövzularla bağlı suallar cavablandırılıb, səmərəli fikir mübadiləsi aparılıb.
ABŞ-ın “İrs” Fondunun elmi tədqiqatçısı Ariel Koen, beynəlxalq əlaqələr üzrə tanınmış amerikalı ekspert Peter Teys, Kaliforniya Universitetinin Beynəlxalq İnstitutunun dosenti Yael Varşel, İranın “Dəniz” qəzetinin məsul müdiri Mustafa Quluzadə Əlyar və başqaları müzakirə olunan mövzulara dair fikirlərini bildiriblər.
“Dəyirmi masa”ya yekun vuran AzərTAc-ın baş direktoru Aslan Aslanov olduqca səmərəli müzakirələrin aparıldığını deyib, iştirakçılara təşəkkür edib.
Sonda Forumun Bəyannaməsi müzakirə olunaraq qəbul edilib.
Azərbaycan.-2014.-4 oktyabr.-S.5.