Beynəlxalq Humanitar Forumlar sivilizasiyalararası
dialoqun inkişafına mühüm
töhfədir
Beynəlxalq
Humanitar Forumlar sivilizasiyalararası dialoqun inkişafına, əməkdaşlığın
möhkəmləndirilməsinə mühüm töhfələr
verir. Belə tədbirlərin ənənə halı
alması zəruridir.
Bu
sözləri AzərTAc-a müsahibəsində IV Bakı Beynəlxalq
Humanitar Forumunun iştirakçısı, Estoniyanın sabiq
prezidenti Arnold Ryuytel deyib.
Forumda müzakirə edilən məsələlərin müvafiq sahələr üzrə problemlərin həllinə öz töhfəsini verəcəyini deyən A.Ryuytel bildirdi ki, məsələn, Estoniyada ekologiya sahəsində çoxlu problemlər yığılıb qalmışdı, son illərdə onları aradan qaldırmaq üçün çox işlər görülüb. İndi Estoniya ekologiya cəhətdən təmiz ölkə sayıla bilir.
Azərbaycanın zəngin mədəniyyətə
malik olduğunu qeyd edən estoniyalı qonaq
beynəlxalq miqyasda ölkəmizə
marağın artmasını məmnunluqla vurğuladı.
Azərbaycan.-2014.-4 oktyabr.-S.8.