Humanitar Forumun “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə,
təcrübə, perspektivlər” mövzusunda
“dəyirmi masa”sında aktual məsələlər
müzakirə olunur
IV Bakı Beynəlxalq Humanitar
Forumu
Oktyabrın
3-də “Four Seasons” otelində dördüncü Bakı Beynəlxalq
Humanitar Forumu çərçivəsində “Molekulyar
biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən
təcrübəyə” mövzusunda “dəyirmi masa” öz
işinə başlayıb.
AzərTAc
xəbər verir ki, “dəyirmi masa”nın moderatoru, Azərbaycan
Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı akademik
Əhliman Əmiraslanov tədbirdə yerli mütəxəssislərlə
yanaşı, 6 Nobel mükafatçısının məruzələrlə
çıxış edəcəyini bildirib.
Mövzunun
aktuallığından danışan Ə. Əmiraslanov diqqətə
çatdırıb ki, “dəyirmi masa”da molekulyar
biologiyanın nailiyyətləri və perspektivləri ətrafında
geniş müzakirələr aparılacaq.
“Dəyirmi
masa” bölmə iclasları ilə işini davam etdirir.
Azərbaycan.-2014.-4 oktyabr.-S.7.