İrina Popova:
Bakı Beynəlxalq Humanitar Forumu dünya
elminin inkişafına böyük
töhfə verəcək
Bir gün əvvəl Bakıda IV Beynəlxalq Humanitar Forum işə başlayıb. Bu, son dərəcə möhtəşəm tədbirdə iştirak etdiyimə görə çox şadam. Dünya birliyinin siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin, o cümlədən tanınmış dövlət xadimlərinin, Nobel mükafatı laureatlarının və beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Forum müxtəlif məsələlərə dair dialoq, fikir mübadiləsi və müzakirələr aparmağa imkan yaradır.
AzərTAc xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq filialının direktoru İrina Popova AMEA-nın Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzində keçirilən “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda “dəyirmi masa” zamanı jurnalistlərə müsahibəsində səsləndirib. O bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu dünya elminin inkişafına böyük töhfə verir.
Birinci seksiyada
məruzələrin mövzularından məmnun
qaldığını bildirən rusiyalı alim
vurğulayıb ki, “dəyirmi masa”da müzakirə olunan məsələlər müasir
dünyada çox
aktualdır.
Azərbaycan.-2014.-4 oktyabr.-S.8.