Katsuaki Sato: Azərbaycan dünyada

humanitar dəyərlərin önə çəkilməsinin təşəbbüskarıdır

 

Azərbaycan dünyada humanitar dəyərlərin önə çəkilməsinin təşəbbüskarıdır. Bakıda IV Beynəlxalq Humanitar Forumun keçirilməsi buna bariz nümunədir.

Bu fikirləri Tokio Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin nümayəndəsi Katsuaki SatoAzərTAc-a müsahibəsində səsləndirib.

Qonaq deyib: “Asiya və Avropanın qovuşuğunda yerləşən Azərbaycan bütün bəşər tarixi boyu ədalət, tolerantlıq məkanı olub. Burada müxtəlif dinlərə etiqad edən ayrı-ayrı xalqların nümayəndələri yaşayıb. Bu, Azərbaycanı dünyanın başqa ölkələrindən fərqləndirən əhəmiyyətli amildir”.

 

Azərbaycan.-2014.-4 oktyabr.-S.8.