Azərbaycan Prezidenti İlham Əliyev Litvanın milli
müdafiə
nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də
Litva Respublikasının milli müdafiə naziri Yuozas
Olekasın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, Müdafiə nazirlikləri arasında əməkdaşlığın bu əlaqələrin genişləndirilməsindəki rolu qeyd edildi.
Söhbət zamanı yüksək
səviyyəli görüşlərin ikitərəfli
münasibətlərimizin möhkəmləndirilməsi
baxımından önəmi vurğulandı, Litva
Respublikasının milli müdafiə naziri Yuozas Olekasın
başçılıq etdiyi nümayəndə
heyətinin ölkəmizə səfərinin əlaqələrimizin
daha da inkişaf
etdirilməsi işinə xidmət edəcəyi bildirildi.
Azərbaycan.-2014.- 9 oktyabr.- S.4.