Azərbaycan Prezidenti İlham Əliyev
“Formula-1”in rəhbərini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də
“Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.
Görüşdə
ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində
göstərilən diqqətin önəmi qeyd olundu, Azərbaycanın
mötəbər beynəlxalq idman tədbirlərinin
keçirilməsi üçün artıq yaxşı təcrübəyə
malik olduğu vurğulandı.
Söhbət
zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi
nəzərdə tutulan “Formula-1” yarışının da
yüksək səviyyədə təşkil
olunacağına əminlik ifadə edildi, bu tədbirin Azərbaycanın
idman sahəsində beynəlxalq əməkdaşlığının
daha da genişləndirilməsi işinə xidmət edəcəyi
bildirildi.
Azərbaycan.-2014.- 9 oktyabr.- S.4.