Azərbaycan Prezidenti İlham Əliyev Böyük
Britaniya Baş nazirinin
ticarət üzrə səfiri Lord
Risbinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də
Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri,
Lordlar palatasının üzvü Lord Risbinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulandı.
Söhbət zamanı ölkələrimiz
arasında münasibətlərin möhkəmləndirilməsində
parlamentlərarası əməkdaşlığın önəmi
qeyd olundu,
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2014.- 9 oktyabr.- S.4.