Gənc istedadların xüsusi
təqaüdə layiq görülməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
İbrahimova Aytən Ümid qızı - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
Zeynalova Leyla Samir qızı - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2014-cü il
Azərbaycan.-2014.- 9 oktyabr.- S.5.