Stepan Mesiç: Azərbaycanın bölgələri güclənən iqtisadiyyatı

 və zəngin mədəniyyəti ilə Avropaya uğurla inteqrasiya edir

 

 

IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 4-də Qəbələyə səfər edib.

AzərTAc xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında hörmətlə qarşılanan qonaqlara rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, aparılan geniş miqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Qəbələ rayonu irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Rayonda sənaye müəssisələri ilə yanaşı, turizm sektorunun inkişafı istiqamətində də mühüm işlər görülür. Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngindir və Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Ölkəmizin sosial-iqtisadi inkişafına yaxından bələd olduğunu qeyd edən Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç bildirib ki, Azərbaycanın bölgələri güclənən iqtisadiyyatı və zəngin mədəniyyəti ilə Avropa iqtisadiyyatına və mədəniyyətinə uğurla inteqrasiya edir.

Daha sonra nümayəndə heyəti rayonun tarixi-mədəni abidələri, sənaye müəssisələri və turizm sektoru ilə yaxından tanış olub. Qəbələ Konqres Mərkəzi qonaqlarda xüsusi maraq doğurub. Onlara məlumat verilib ki, Azərbaycan və onun regionları bu gün mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Qəbələdəki bu müasir mərkəz də yüksək səviyyəli tədbirlər və görüşlər üçün nəzərdə tutulub.

Buradan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə gedən nümayəndə heyətinin üzvləri kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq Qəbələnin gözəl mənzərəsini seyr edib, xatirə şəkli çəkdiriblər.

“Beltmann” piano fabriki və buradakı istehsal prosesi ilə tanışlıq da qonaqların ürəyincə olub.

Nic qəsəbəsinə səfər edən forum iştirakçıları buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, qəsəbə tolerantlığın kiçik bir modeli hesab edilir.

Qonaqlar daha sonra Qəbələ konserv limonad zavodlarında da olublar.

Nümayəndə heyətinin Qəbələyə səfəri beşulduzluQafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Karvansaray”, “Qafqaz Sport” otelləri, “Fitnesistirahət-sağlamlıq mərkəzi ilə tanışlıqla yekunlaşıb.

Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç nümayəndə heyətinin üzvləri Qəbələ ilə tanışlıqdan məmnun qaldıqlarını bildirib rayondan xoş təəssüratlarla ayrılıblar.

 

Azərbaycan.-2014.- 9 oktyabr.- S. 8.