IDEA-nın təşəbbüsü ilə
Qaradağ rayonunda sahibsiz
heyvanlar
üçün sığınacağının təməli
qoyulub
Oktyabrın
9-da IDEA İctimai Birliyinin təşəbbüsü ilə
Qaradağ rayonunda sahibsiz heyvanlar üçün
sığınacağın təməli qoyulub.
Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak
edib.
Leyla
Əliyeva sığınacağın layihəsi ilə
tanış oldu. Məlumat verildi ki, sığınacaqda
sahibsiz heyvanların, xüsusilə it və pişiklərin
müvəqqəti və ya daimi məskunlaşması
üçün şəraitin yaradılması, burada
xüsusi baytarlıq klinikasının fəaliyyət göstərməsi,
heyvanların müayinə və müalicəsi, lazım gəldikdə
onların üzərində cərrahiyə əməliyyatının
aparılması üçün zəruri
avadanlığın quraşdırılması nəzərdə
tutulub. Sığınacaqda baytarlar üçün təlim
və ixtisasartırma kursları fəaliyyət göstərəcək,
buraya məktəblilərin xüsusi turları təşkil
olunacaq. Layihəyə bununla bağlı, xüsusi təlim
otaqlarının tikilməsi də daxil edilib. Eyni zamanda 5 minədək
heyvanın, xüsusilə it və pişiyin yerləşdirilməsi
üçün nəzərdə tutulan
sığınacağın layihələndirilməsində
digər ölkələrin təcrübəsindən istifadə
olunub. Sığınacaqda həm də şəhər
mühitində nadir hallarda rast gəlinən heyvanların, məsələn
atların, bəzi quşların müayinə və
müalicəsi mümkün olacaq.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
sığınacağın təməlini qoydu.
Sığınacağın
yaradılmasında məqsəd Bakı və ətraf ərazilərdə
sahibsiz heyvanların sayının azaldılması, bir
sıra yoluxucu xəstəliklərin qarşısının
alınmasıdır.
Azərbaycan.-2014.- 10 oktyabr.- S. 4.