Qaradağ rayonundakı 6 nömrəli somatik sanatoriyada müalicə
olunan uşaqlara Heydər
Əliyev Fondunun hədiyyələri təqdim
edildi
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leya Əliyeva oktyabrın 9-da
Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik
sanatoriyasında olub.
Uşaq
hüquqlarının təmin edilməsi ölkəmizdə həyata
keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Bu siyasətin uğurla reallaşdırılmasına
Heydər Əliyev Fondu da hərtərəfli dəstək
verir. Fond yarandığı ilk gündən uşaqların
taleyini diqqət mərkəzində saxlayır.
Heydər
Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, 50
çarpayılıq bu tibb müəssisəsinə
uşaqlar xüsusi göndərişlə gəlirlər.
Sanatoriyada stasionar və ambulator müayinədən sonra
uşaqlar reablitasiya məqsədi ilə sanator-müalicə
prosesi keçirlər.
Leyla
Əliyeva uşaqlarla süfrə arxasında söhbət
etdi. Bildirildi ki, hazırda sanatoriyada 2 ay müddətinə 34
uşaq müalicə alır. Onlara 35 nəfərdən ibarət
tibbi heyət xidmət edir.
Sonda
uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim
olundu.
Azərbaycan.-2014.- 10 oktyabr.- S. 4.