Azərbaycan Respublikası Baş
nazirinin rəhbərliyi ilə
Müdafiə
Nazirliyində müşavirə keçirilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının
sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ordu quruculuğunun inkişaf
etdirilməsi sahəsində verilən tapşırıqların
yerinə yetirilməsi ilə əlaqədar oktyabrın 10-da
Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Müdafiə
Nazirliyində müşavirə keçirilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, müşavirədə Baş nazirin müavini Abid Şərifov,
müdafiə naziri, general-polkovnik Zakir Həsənov,
müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri
Samir Şərifov, rabitə və yüksək texnologiyalar
naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov, müdafiə
nazirinin müavinləri və digər vəzifəli şəxslər
iştirak ediblər.
Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin tapşırığına əsasən,
müşavirədə Silahlı Qüvvələrin sərəncamında
olan döyüş texnikasının, silah və
sursatların modernləşdirilməsi, o cümlədən
yeni texnologiyalı avadanlıqla təmin edilməsi
imkanları, hərbi qulluqçuların sosial-məişət
şəraitinin yaxşılaşdırılması və
digər məsələlər müzakirə olunub.
Azərbaycan.-2014.- 11 oktyabr.- S.3.