Görkəmli şərqşünas alim Aida
İmanquliyevanın xatirəsinə ehtiram
Oktyabrın
10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri
İkinci Fəxri xiyabana gələrək görkəmli
şərqşünas alim Aida İmanquliyevanın anadan
olmasının 75 illiyi münasibətilə məzarını
ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Azərbaycanda
şərqşünaslıq elminin inkişafında misilsiz
xidmətləri olan alimin məzarı önünə
güllər düzülüb.
Şərqşünas
alim Vasim Məmmədəliyev Aida İmanquliyevanın zəngin
elmi fəaliyyətindən, şərqşünaslığın
inkişafındakı müstəsna xidmətlərindən
danışıb, onun əsərlərinin dünya şərqşünaslığı
xəzinəsinə daxil olan çox dəyərli
araşdırmalar olduğunu vurğulayıb. Qeyd edilib ki, Aida
İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının
ən nüfuzlu, ən fundamental tədqiqatçılarından
biri kimi şərqşünaslıq elminin tarixinə əbədi
daxil olan azsaylı mütəxəssislərdən biridir.
Azərbaycan.-2014.- 11 oktyabr.- S.4.